Gürcüstanda parlament seçkilərinin nəticələri bütün bölgə üçün əhəmiyyətlidir. Bunu AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı APA-ya açıqlamasında deyib.
Əslən gürcüstanlı olan K.Ramazanlı Azərbaycan-Gürcüstan əlaqələrindən danışarkən Gürcüstan hökuməti ilə Azərbaycan rəhbərliyi arasında dostluq münasibətlərinin olduğunu və onların daha da inkişaf etdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Gürcüstanda keçiriləcək parlament seçkilərinin Azərbaycan üçün əhəmiyyətini qeyd edən HK sədri ABŞ və Qərbin bu seçkiləri şübhə altına salmaqla Cənubi Qafqazda qarışıqlıq salmaq, özlərinin pozucu siyasətini yeritməklə Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmaq, bölgədə Ukrayna ssenarisini tətbiq etmək istəyini diqqətə çatdırıb. Buna yol verməmək üçün K.Ramazanlı soydaşlarını seçkilər zamanı hazırkı hökuməti dəstəkləməyə çağırıb.