Elmi şuranın iclasında dissertasiya işlərinin mövzuları təsdiq edilib 2012-01-01 12:48:00 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminovun sədrliyi ilə  Elmi Şuranın iclası olub.

Təhsil şöbəsinin müdiri Müseyib Yunusov  bu il doktorantura və dissertanturaya keçirilmiş qəbul haqqında məlumatla çıxış edib. Aparılan müzakirələrdən sonra  yeni qəbul olunmuş doktorant və dissertantların elmi rəhbərləri və onların elmi işlərinin mövzusu təsdiq edilib.

Sonra c.e.d. Starə Tarixazərin  “Azərbaycanın fiziki coğrafiyası” (rus dilində) və c.ü.f.d. Gülnar Hacıyevanın  “Aqrolandşaftların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi (Mazımçay-Türyançay arası)” monoqrafiyalarının çapa təqdim edilməsi müzakirə olunub və müsbət qərar qəbul edilib.

İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani sentyabr ayında xarici ölkələrdə ezamiyyətdə olarkən  gördüyü işlər  barədə, eləcə də İnstitutun oktyabrın sonunda keçirəcəyi coğrafiyanın müasir problemlərinə həsr edilmiş elmi-praktiki konfransa məqalə təqdimatının vəziyyəti  haqqında məlumat verib.

İnstitut rəhbəri Z.Eminov İnstitutun hazırladığı “Coğrafiyanın müasir problemləri” kitabının çapa hazırlığının vəziyyəti haqqında danışıb, onun hazırlanmasına məsul olan şöbə müdiri professor Rza Mahmudovun əməyini yüksək qiymətləndirib. Şura üzvləri tərəfindən monoqrafiyanın rus və ingilis dilinə tərcümə edilməsi tövsiyə edilib.

İclasın sonunda əməkdaşların işə davamiyyəti məsələsinə də toxunulub.