Tofiq Qurbanova yubileyi münasibətilə təbrik məktubu ünvanlanıb 2024-09-17 13:49:00 / YUBİLEYLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun rəhbərliyi Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru dosent Tofiq Qurbanova  75 yaşı münasibəti ilə

təbrik məktubu ünvanlayıb:

 

ƏZİZ TOFİQ MÜƏLLİM!

 

AR ETN akademik H.Ə.ƏLİYEV adına Coğrafiya İnstitutunun kollektivi Sizi anadan olmağınızın 75 illiyi və çoxillik elmi-pedaqoji fəaliyyətiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı arzulayır. 

Siz, 1980-ci ildə Bakı Dövlət Universitetinin Geoloji Coğrafiya fakültəsini müvəffəqiyyətlə bitirib, akademik H.Ə.ƏLİYEV adına Coğrafiya İnstitutuna işə qəbul olunmusunuz. “Geomorfologiya və Təbii risklər” şöbəsində aparıcı elmi işçi, eyni zamanda müxtəlif ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olursunuz. 

75-ə qədər elmi məqalənin müəllifisiniz. Respublika daxilində və xaricdə keçirilən coğrafi konfranslarda və müşavirələrdə layiqincə iştirakınız olmuşdur.

Sizi tarixi yaddaş günü münasibəti ilə təbrik edir, möhkəm can sağlığı və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

 

Hörmətlə,

AR ETN akademik H.Ə.Əliyev adına 

Coğrafiya İnstitutunun direktoru,

c.e.d., prof.                                                                                         Z.N.Eminov

  

Həmkarlar Təşkilatının sədri:                                                            Ramazanlı K.Y.