AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı Emil Cəbrayılov ADA Universitetində keçirilən təlimlərdə iştirak edib.
Təlimlər ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlığı çərçivəsində Yaşıl İqlim Fondu (GCF) tərəfindən maliyyələşdirilən “Azərbaycanda uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün Milli Adaptasiya Planının (MFP) dəstəklənməsi” layihəsi üzrə həyata keçirilib.
Layihənin əsas istiqamətlərindən biri təlimlər vasitəsilə kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq və uyğunlaşma potensialını artırmaqdır. Bu məqsədlə 200-ə yaxın dövlət qulluqçusu, QHT nümayəndəsi, 40-a yaxın təşkilatın tədqiqatçısı müxtəlif mövzularda təlimlərə cəlb olunub.
Təlimin proqramı “Azərbaycanda iqlim dəyişikliklərinin təsirləri və əsas problemlər, “İqlimə dayanıqlılıq üçün su ehtiyatlarının idarə edilməsi”, “İnklüziv iqlimə uyğunlaşma təşəbbüsləri strategiyaları, “İqlim maliyyəsi” kimi mövzuları əhatə edib.
Sonda iştirakçılara sertifikat təqdim edilib.