AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov Bakıda keçirilən “Yaşıl dünya naminə həmrəylik: Dayanaqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumun iştirakçısı olub.
İki gün davam edən Forumda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən bir sıra xarici ölkələrin nümayəndələri iştirak ediblər.
Panel iclaslarında “Tullantıların davamlı idarəçiliyi üçün siyasətlər və dayanaqlı inkişaf məqsədlərinin həyata keçirilməsi”, Tullantıdan dəyərə keçidin iqtisadi imkanları”, “Tullantıların dayanıqlı idarəçiliyi iqlim dəyişikliyi probleminin həlli kimi”, “Sıfır tullantı hədəfinə doğru: tullantılarla çirklənmə probleminin yenilik, siyasət və ictimai maarifləndirmə ilə həll edilməsi”, “Tullantıların idarə edilməsində innovasiya”, “Tullantıların idarə edilməsində dayanıqlı təcrübələr üçün əhali və gənclərin cəlb edilməsi” mövzularında məruzələrin müzakirəsi baş tutub.
Tədbirin sonunda “tullantıdan dəyərə” rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Həmçinin iştirakçı təşkilatlar tərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə, innovativ qablaşdırma həllərinə və təkrar emal və tullantıların azaldılması strategiyasının təşviqinə dair “Sıfır Tullantı” Bakı Təş