AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Rusiya Federasiyasının Voronej şəhərində “Demoqrafiya və qlobal çağırışlar” mövzusunda keçirilən III Beynəlxalq Demoqrafik Forumun I dərəcəli diplomuna layiq görülüb.
Bu mükafat elmi işçiyə “Azərbaycanin sərhədyanı iqtisadi bölgələrində etnik azlıqların yaşayış məntəqələrinin CİS texnologiyasinin köməyi ilə tədqiqi” (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında) elmi məqaləsinə görə təqdim edilib.