Cİ-də təlim keçən şagird və tələbələrə sertifikat təqdim edilib 2024-05-06 16:01:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin şagirdləri və həmin məktəbdə istehsalat təcrübəsi keçən ADPU-nun “Tarix və Coğrafiya” fakültəsinin tələbələri üçün “Süni intellektin coğrafiyada rolu və əhəmiyyəti” mövzusunda təlim keçirilib.

Təlim keçən İnstitut əməkdaşları, dosent Həsən Nəbiyev və kiçik elmi işçisi Nazim Gəraylı coğrafi sahələrin tədqiqində süni intellektin tətbiqi, əhəmiyyəti və faydaları haqqında geniş məlumat veriblər.

Tədbirin sonunda İnstitutun baş direktoru professor Zakir Eminov təlimdə iştirak edən ADPU-nun tələbələri Nərmin Quluzadə, Fatimə Məmmədova, Fatimə Yusifli və məktəbin şagirdləri Məmməd Şahverdiyev ilə İmran Qəribliyə sertifikat təqdim edib.