Bakı Dövlət Universiteti tələbələrinin AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda istehsalat təcrübəsi davam edir.
Tələbələr İnstitutun baş direktoru professor Zakir Eminov, dosentlər - icraçı direktor Zaur İmrani, elmi katib Zərnurə Həmidova, təhsil şöbəsinin müdiri Müseyib Yunusovla görüşüb, onların Coğrafiya İnstitutunun fəaliyyəti, tarixi, tədqiqat istiqamətləri, görkəmli coğrafiyaşünaslar, elmlə təhsilin vəhdəti və s. mövzularda məruzələrini dinləyiblər. Təcrübəçilər kitabxananın xidmətlərindən istifadə edir, şöbələrdə aparılan elmi-tədqiqat işləri ilə tanış olur, universitetdə əldə etdikləri bilikləri təcrübi olaraq təkmilləşdirirlər.
BDU tələbələrinin fevralın 21-də Coğrafiya İnstitutunda başlamış istehsalat təcrübəsi may ayının 24-dək davam edəcək.