2014-cü il, fevralın 28-ində AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun konfrans zalında 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə tədbir keçirildi.
İclası giriş sözü ilə açan İnstitutun elmi işlər üzvə direktor müavini, coğrafiya elmləri doktoru Elbrus Əlizadə mülki müdafiəyə hazırlığın vacib tədbirlərdən olduğunu diqqətə çatdırdı və bildirdi ki, institututumuzda Mülki müdafiyə qərargahının rəisi Namazəli Mustafayevin rəhbərliyi ilə müəyyən işlər görülmüşdür və görülür.
Qərargahının rəisi N. Mustafayev öz tərəfindən zala toplaşanlara bu günün qeyd edilməsinin əhəmiyyətindən, keçirilmə tarixindən məlumat verdi. Söylədi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarı ilə hər il martın 1-i bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir: “Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edildiyi kimi bu ilki tədbirlər də “Mülki müdafiə və təhlükəsiz cəmiyyət üçün fövqəladə hadisələrin qarşısının alınması mədəniyyəti” mövzusuna həsr edilmişdir”.
Qərərgah rəisi bildirdi ki, bu günün qeyd edilməsində əsas məqsəd əhalini ərazilərin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyini, istehsalat və nəqliyyat qəzalarından mühafizəsinin təşkili işi ilə məlumatlandırmaqdan ibarətdir. İnstitutumuzda da mülki müdafiə sahəsində biliklərin təbliğinə yönəlmiş tədbirlərin məqsədi əməkdaşların yarana biləcək fövqəladə hallara hazır olmasını təmin etməkdir. N. Mustafayev əməkdaşların bu sahədəki bilik və vərdişlərinin daha da möhkəmləndirilməsi məqsədilə institutuda mütəmadi olaraq hazırlıq dərslərinin keçirilməsini məqsədəuyğun hesab etdi.
İnstitut əməkdaşlarından coğrafiya elmləri doktoru Rəna Qaşqay, Həmkarlar təşkilatının sədri, coğrafiya elmləri namizədi Habil Haqverdiyev, kənd-təsərrüfat elmləri namizədi Ənvər Əliyev və s. də bugünkü tədbirlə əlaqədar öz təklif və fikirlərini söylədilər.