Coğrafiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib 2024-03-14 12:54:00 / ELMİ İCLASLAR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası olub.

İnstitutun baş direktoru professor Zakir Eminov iclas iştirakçılarını baxılacaq məsələlərlə tanış edib. Elmi katib c.ü.f.d. Zərnurə Həmidovanın təqdimatı ilə c.ü.f.d. Camal Hüseynov  çapa hazırladığı “Azərbaycanın iqlimi: havanın temperatur rejimi” adlı monoqrafiyası haqqında məruzə ilə çıxış edib. Müzakirədən sonra adında dəyişiklik edilməklə monoqrafiyanın çapa təqdim edilməsinə  müsbət rəy verilib.

Sonra Coğrafiya İnstitutu ilə Almaniyanın Gissen Universitetinin Coğrafiya departamenti arasında elmi əməkdaşlığa dair imzalanmış memoranduma əsasən Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın 3 ay müddətinə - aprelin15-dən iyulun 12-dək CİS texnologiyaları üzrə təcrübə keçmək üçün  Gissen Universitetinə ezam edilməsi haqqında qərar qəbul edilib.     

  Daha sonra iclasda cari il ərzində görkəmli coğrafiyaçıların yubileylərinin keçirilməsi və digər məsələlər müzakirə olunub.