“...Sürüşmə riskinin azaldılması üçün istinad divarlarının tikilməsi zəruridir” 2024-03-11 12:53:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov AzTV kanalının sürüşmə zonalarının aktivləşməsi ilə əlaqədar suallarını cavablandırıb.

Yaxınlarda Suraxanı rayonunun Zıx qəsəbəsində baş verən sürüşmə hadisəsinə fikir bildirən şöbə müdirinin sözlərinə görə Bakının relyefinin dənizə doğru maili olması sürüşmə zonalarının yaranmasına səbəb olur. Alimlərin şəhərdə təxminən 20 böyük sürüşmə zonasının olduğu qənaətinə əsasən bildirilib ki, Yeni Günəşli ilə Köhnə Günəşli arasındakı sahə, Əhmədli yaylasının cənuba baxan yamacları, Masazır sahəsi, Bayıl yamacı və s. texnogen sürüşmələrlə fəal olan zonalar sırasındadır. Əsas səbəb isə yamaclara düzgün yanaşılmamasıdır.

landşaftşünas alim baş verə biləcək sürüşmə hadisələrinin qarşısının alınması üçün terras şəklində istinad divarlarının tikilməsini zəruri hesab edir.