AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov Xəzər dənizi suyunun azalması, vaxtılə batan gəmilərin indi üzə çıxması ilə əlaqədar AzTV kanalına müsahibə verib.
Sözügedən müsahibə qayıqla sahildəki vəziyyət müşahidə edilərkən Bakı bulvarından lentə alınıb.