AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərov Space TV-nin “Səhərin statusu” proqramında qonaq olub.
Alim verilişdə qlobal istiləşmə, temperaturların həddən artıq qalxması və ya enməsi, bərpa olunan enerji, Xəzər dənizində suyun azalmasının səbəbləri, buxarlanmaya təsir edən amillər, Kür çayının suyunun azalması, iqlim dəyişmələrinin Xəzərin ekologiyasına, flora və faunasına təsiri, El Nino ve La Nino hadisələri, astronomik amillər nəticəsində Yer kürəsində baş verən hadisələr və s haqqında geniş məlumat verib.