Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatına yeni sədr seçilib 2024-02-09 18:52:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı  keçirilib.

Tədbirdə Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının nümayəndəsi Məmməd Məmmədov iştirak edib.

İclasa sədrlik edən prof. Rza Mahmudov gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdikdən sonra İnstitut Həmkarlar Təşkilatının sədri dosent Habil Haqverdiyev 2017-2023-cü illər üçün  hesabat məruzəsi ilə çıxış edib, təşkilatın qərar layihəsini təqdim edib.

İştirakçılar uzun illər HİT sədri vəzifəsini uğurla yerinə yetirən H.Haqverdiyevin işini müsbət qiymətləndiriblər və ona can sağlığı arzu ediblər.  Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.  

Gizli səsvermə yolu ilə İnstitutun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi Kamran Ramazanlı Təşkilata yeni sədr seçilib. Daha sonra açıq səsvermə yolu ilə HİT-in idarə heyyətinin 7 nəfərdən ibarət yeni tərkibi seçilib.

Sonra Kamran Ramazanov və Əliyeva Simanın Respublika Həmkarlar Təşkilatının növbəti konfransında nümayəndə kimi iştirakları qərara alınıb.

Bununla da hesabat-seçki yığıncağı öz işin yekunlaşdırıb.