“Ömrünü paleocoğrafiya elminə həsr etmiş alim” 2024-01-12 15:50:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminovun şöbə müdiri, dosent Rəşid Fətəliyevlə birgə “Elm” qəzetinin 12 yanvar tarixli sayında “Ömrünü paleocoğrafiya elminə həsr etmiş alim” adlı məqaləsi çap edilib.

Məqalə 2003-20013-cü illərdə Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin rəhbəri olmuş sabiq geologiya-minerologiya elmləri doktoru, professor Bayram Cavad oğlu Ələsgərovun 90 illik yubileyinə həsr edilib. Alimin elmi fəaliyyətini əks etdirən yazıda həyatının 48 ilini Coğrafiya İnstitutu ilə bağlayan Bayram müəllimin  paleocoğrafiya elminə bəxş etdiyi töhfələrdən söhbət açılır.