Coğrafiya İnstitutunun əməkdaşı AMEA-nın mükafatına layiq görülüb 2023-12-22 15:27:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – baş  direktor  professor Zakir Eminov, şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşov  və elmi işçi Kamran Ramazanlı  dekabrın 21-də AMEA Rəyasət Heyətində “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclasında iştirak ediblər.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri haqqında giriş nitqi ilə çıxış edib. Sonra MM deputatı, elmi müəssisə rəhbərləri, aparıcı elmi işçilərin Ümummilli Lider haqqında çıxışları dinlənilib.

Çıxışlardan sonra “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflər AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar. Təltif olunanlar arasında Yer Elmləri bölməsindən yeganə olaraq Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi Kamran Ramazanlı da olub. O bu mükafata “Heydər Əliyevin enerji strategiyası və Gürcüstan” adlı kitabının nəşrinə görə layiq görülüb.