Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində tədbir keçirilib 2023-12-18 11:44:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru c.e.d., professor Zakir Eminov, icraçı direktor c.ü.f.d., dosent Zaur İmrani, şöbə müdirləri, coğrafiya elmləri doktorları Səid Səfərov və professor Əmir Əliyev dekabrın 14-də “Xəzər dənizi: Rusiya-Azərbaycan əməkdaşlığının üfüqləri” adlı distant formatda keçirilən tədbirdə iştirak ediblər.

Tədbir Xəzər dialoqu Beynəlxalq Assambleyası və Caspian Energy Forumu çərçivəsində Coğrafiya İnstitutu ilə Rusiyanın Xəzər dənizinin Elm və İnnovasiyasılar Şurası və Texnologiyanın İnkişafına və Elmi Əməkdaşlığa Dəstək Assosiasiyası arasında imzalanmış əməkdaşlıq sazişinin həyata keçirilməsi planının hazırlanması məqsədini daşıyıb.

Görüşdə Rusiyanın Xəzər Dəniz Elmi Tədqiqat Mərkəzinin və P.P. Şirşov adına Okeanologiya İnstitutunun Xəzər bölməsinin rəhbərləri və ekspertlərinin  iştirak ediblər.

Azərbaycan-Rusiya elmi əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə ölkələrimiz arasında Xəzər dənizi ilə bağlı elmi-texniki və innovativ əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri nəzərə alınmaqla, iqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri, dənizin təbii və iqtisadi potensialı, ekoloji problemlər və onların aradan qaldırılması yolları, turizm sərvətlərindən istifadə imkanları və s. məsələlər müzakirə edilib.