AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - baş direktor, professor Zakir Eminov, şöbə müdiri, dosent Mirnuh İsmayılov, baş elmi işçi, dosent Natəvan Cəfərova və elmi işçi Emil Cəbrayılov Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Dağ Regionlarının Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsinin (Dayanıqlı Qafqaz) Layihəsi çərçivəsində onlayn məsləhətləşmələrdə iştirak ediblər.
Dağlar ADAPT layihəsi Cənubi Qafqaz və Şərqi Afrika İcmasının tərəfdaş dövlətləri üçün kiçik qrant maliyyələşdirmə sxemi vasitəsilə dağlıq ərazilərdə iqlim dəyişikliyinə uyğunlaşma üçün yerli səviyyədə fəaliyyət göstərmək məqsədi daşıyır.