“Respublika” qəzetində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, professor Zakir Eminov və İnstitutun şöbə müdiri, c.ü.f.d. Habil Haqverdiyevin “Ulu öndərin ömür coğrafiyasının milli siyasi zənginliyi” adlı məqaləsi dərc edilib.
Məqalədə anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz, zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyevin respublikamızda təhsilə, maarifçiliyə, milli təhsil sisteminin dinamik inkişafına böyük önəm verməsindən, Elmlər Akademiyasına, onun əməkdaşlarına böyük diqqət və həssaslıqla yanaşmasından, Akademiyada müasir elmi-texniki yenidənqurma islahatlarının aparılmasından və s. söhbət açılır.