AzTV-də nümayiş olunan “Ekoetika” verilişinin Xəzər dənizinə həsr edilmiş növbəti sayında AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin səviyyə problemi şöbəsinin böyük elmi işçisi, c.ü.f.d Elnur Səfərov iştirak edib.
Alim tədqiqi ilə məşğul olduğu Xəzər dənizinin hal-hazırdakı hidroloji xüsusiyyətlərini əvvəlki dövrlərlə müqayisəli şəkildə təhlil edib, Xəzərin ekoloji, hidroloji, səviyyə və digər problemlərinin yeni metodların tətbiqi vasitəsi ilə öyrənilməsi və həlli yollarından danışıb.