AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 2023-cü il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları keçirilib. İmtahanda “İqtisadi coğrafiya” ixtisası üzrə 4 nəfər, “Tarixi coğrafiya, siyasi və rekreasiya coğrafiyası” ixtisası üzrə 1 nəfər, “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisası üzrə 1 nəfər iddiaçı iştirak edib.
İmtahan komissiyası 6 iddiaçının hamısının cavablarını qənaətbəxş qiymətləndirib. İnstitutun Elmi Şurasında onların dissertasiya mövzularının və elmi rəhbərlərinin təyin edilməsi tövsiyə olunub.