14-16 iyun 2023-cü il tarixlərində Elm və Təhsil Nazirliyinin akademik H. Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, c.ü.f.d., dosent Zaur İmrani Qazaxıstanın Almatı şəhərində keçirilən “X Beynəlxalq Türk dünyası Araşdırmaları Simpozimu”nda iştirak edib.
Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin ev sahibliyi etdiyi simpoziumda Z.İmrani “Müasir müәllim: statusu, vәzifәlәri, kompetensiyaları” adlı məruzə ilə çıxış edib. Tədbirin açılışında fəxri qonaq kimi iştirak edən Z.İmrani “Xatirə dəftərinə” ürək sözlərini yazıb.
Səfər çərçivəsində icraçı direktor Abay adına Qazax Milli Pedaqoji Universitetinin Akademik işlər departamentinin direktoru, professor Xayrulla Janbekovla görüşərək fikir mübadiləsi aparıb.
Səfərin son günü dosent Zaur İmrani “ən yaxşı dövlət təhsil müəssisəsi” müsabiqəsinin qalibi, “Jana Qasır (Yeni əsr)” adlı gimnaziyanın rəhbərliyi, müəllim və şagird heyəti ilə görüşüb. Qarşılıqlı fikir mübadiləsindən sonra Coğrafiya İnstitutu ilə gimnaziya arasında memorandum imzalanması və onlayn tədbirlərin həyata keçirilməsi barədə razılığına gəlinib. Daha sonra gimnaziyada təşkil olunmuş yay məktəbi ilə əyani tanışlıq baş tutub.