Coğrafiya İnstitutunda IGD beynəlxalq konfransı keçiriləcək 2023-06-12 17:31:00 / MÜHÜM HADİSƏLƏR

13-14 iyun tarixlərində AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Mersin Universitetinin  təşkilatçılığı ilə  Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “6-cı Qitələrarası Geoinformasiya Günləri (IGD)” adlı  beynəlxalq konfrans keçiriləcək.

Konfransda coğrafi İnformasiya sistemləri və kartoqrafiya, 2D-3D-4D GIS, məkan məlumatlarının yaradılması, mobil xəritəçəkmə, ağıllı şəhərlər və ağıllı kənd təsərrüfatı üçün məkan tətbiqləri, bina məlumat modelləşdirilməsi, fotoqrammetriya və uzaqdan zondlama, INSPIRE, LPIS, TUCBS və s. mövzularında ingilis dilində məruzələr dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.

Konfrans saat 9.30-da AMEA-nın əsas binasında yerləşən Coğrafiya İnstitutunun konfrans zalında keçiriləcək (8-ci mərtəbə, 834-cü otaq).

İştirak etmək istəyənlər onlayn formatda konfransa qoşula biləcəklər.