AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov İyunun 6-da Bakıda “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransda iştirak edib.
Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AR fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal, FHN-in, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, bir sıra ali məktəblərin rektorları, Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, ABŞ, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən alimlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.