AR Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Ülkər Mahmudova Fransanın Paris şəhərində keçirilən London Kolleci tərəfindən maliyyələşdirilmiş (21-22 fevral 2023-ci il) “Sosial elmlər, innovasiyalar və təhsil texnologiyaları” üzrə 4-cü Beynəlxalq Konqresdə iştirak edib.
Alim tədbirdə "Environmental problems of improving the water supply of the population in Azerbaijan" (Azərbaycanda əhalinin su təminatının yaxşılaşdırılmasında ekoloji problemlər) mövzusunda məruzə ilə çıxış edib.
Ü.Mahmudova qeyd edib ki, Azərbaycanın çay sistemlərinin respublikanın arid iqlim zonasında yerləşməsi, qlobal iqlim dəyişkənliyi, eləcə də ən iri çaylarımızın (Kür və Araz) qonşu dövlətlər tərəfindən çirklənməsi təmiz su ehtiyatının 20% azalmasına səbəb olur.