Coğrafiyanın müasir problemlərinə dair konfrans materilları nəşr olunub 2022-12-15 15:03:00 / YENİ NƏŞRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" mövzusunda keçirilən konfransın materialları dərc olunub.

Kitabın baş redaktoru c.e.d. Zakir Eminov, redaktorları c.ü.f.d., dos. Z.T.İmrani və c.ü.f.d. Sərxan Cəfərovdur.