Cİ-də 8 Mart Qadınlar Bayramı qeyd edilib 2023-03-07 15:37:00 / TƏDBİRLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Bayramı qeyd edilib.

İnstitutun baş direktoru, c.e.d. Zakir Eminov Həmkarlar Təşkilatı və Qadınlar Şurasının təşkil etdiyi tədbiri giriş sözü ilə açaraq rəhbəri olduğu müəssisənin qadın kollektivini,  eləcə də bütün Azərbaycan qadınlarını bayram münasibətilə təbrik edib, onlara ailə səadəti, qadın xoşbəxtliyi arzulayıb.

Qadınlar Şurasının sədri, c.ü.f.d. Solmaz Rzayeva  “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” mövzusunda məruzə ilə çıxış edib, Azərbaycan qadınlarının, eləcə də coğrafiyaçı qadınların uğurlarından bəhs edib.

 Həmkar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, böyük elmi işçi Luiza Salayeva Azərbaycan qadınına məxsus şəxsi keyfiyyətlərdən, onun cəmiyyətdə tutduğu mövqeyindən,  ictimai-siyasi, iqtisadi, mədəni həyatda oynadığı rolundan bəhs edib.

Sonda S.Rzayeva Coğrafiya İnstitutunun fəal qadınlarını 8Mart bayramı münasibəti ilə  təltif edib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024