AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun bir qrup əməkdaşı İnstitutun keçmiş əməkdaşı Nərgiz Rəhimbəyovanın 90 illik yubileyini qeyd etmək məqsədi ilə onu yaşadığı pansionatda ziyarət edib.
Qonaqları və yubilyarı öz iş otağına dəvət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün pansionatının direktoru Samirə Mehdiyeva ahıl və əlil şəxslərin rahatlığı, mədəni istirahəti və məşğulluğu üçün Pansionatda hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb, Nərgiz xanıma xoş arzularını bildirib.
İnstitut əməkdaşları gətirdikləri hədiyyələri N.Rəhimbəyovaya təqdim edərək ona İnstitut kollektivinin salamını və təbrikini çatdırıblar, can sağlığı, uzun ömür, xoş əhval-ruhiyyə arzu ediblər.