Coğrafiya elminin qurucularından biri olan gorkəmli ictimai xadim, böyük pedaqoq, tədqiqatçı-alim, akademik Budaq Əbdüləli oğlu Budaqovun ölümündən artıq 1 il keçir.
Bu münasibətlə AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Fəxri Xiyabana gedərək alimin xatirəsini yad etdilər, məzarının üzərinə əklillər qoydular, məhrumun ruhuna dualar oxundu. İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov Budaq müəllimin həyat və yaradıcılığına işıq salaraq, onun keçdiyi şərəfli həyat yolundan, elmi nailiyyətlərindən qısaca söhbət açdı. Mərhumu ziyarətə gələnlər də onunla bağlı xatirələrini bir daha yada saldılar.