Cİ əməkdaşları Bərdə və Tərtər rayonlarında ezamiyyətdə olublar 2022-11-16 14:16:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları   Nicat İmamverdiyev və Tural Bayramov “Qarabağ iqtisadi rayonunun təsərrüfat sahələrinin müasir ərazi təşkili və inkişaf perspektivləri” adlı elmi hesabatın hazırlanması məqsədilə 5 gün müddətində Bərdə və Tərtər rayonlarında ezamiyyətdə olublar.

Mütəxəssislər Qarabağ iqtisadi rayonunun təsərrüfat sahələrini və iqtisadi inkişaf xüsusiyyətlərini nəzərə almaqla təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi problemlərinin müəyyən olunması məqsədilə ərazidə tədqiqat aparıblar. Bunun üçün onlar  regionun geosiyasi mövqeyinin və təbii ehtiyat potensialının təsərrüfat baxımından qiymətləndirilməsi, işğaldan azad edilmiş ərazilərində istehsalın ərazi təşkilində elmi-nəzəri yanaşmanın əsaslandırıması, kənd təsərrüfatının ərazi təşkilinin müasir vəziyyəti, ərzaq məhsulları istehsalında aqrar sənayenin rolu və s. təyin etmək üçün ərazidən materiallar toplayıblar.