Cİ əməkdaşı “Viki arabiya” konfransında iştirak edib 2022-11-10 13:13:00 / MÜHÜM HADİSƏLƏR

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, İnstitutun vikipediya qrupunun rəhbəri Aida Aslanova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ilk dəfə təşkil edilən ərəbdilli ölkələrin vikipediyaçılarının “Wiki Arabiya” konfransında Azərbaycanı təmsil edib.

Ölkənin zəngin kitabxana binasında   keçirilən tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Tunis, İraq, Əlcəzair, Mərakeş, İordaniya, Fələstindən olan ərəb vikipediyaçıları iştirak ediblər. Onlara İsrail, Gürcüstan, İrandan  olan  Wikimedia Fondunun əməkdaşları bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlim keçiblər.

Tədbirdən sonra konfrans iştirakçıları üçün Dubayın görməli yerlərinə - tarixi ərazilərə, muzeylərə, Burc Xəlifə ətrafına gəzinti, eləcə də Vikidata layihəsinin 10 illik yubileyi münasibətilə, konfrans iştirakçıları üçün xüsusi ayrılmış gəmi gəzintisində şam yeməyi təşkil edilib.