Moskvada keçirilən ikinci Xəzər sammitində Xəzəryanı ölkələrin nümayəndələri dənizdə apardıqları birgə fəaliyyətləri və ekoloji problemləri müzakirə ediblər. Bununla əlaqədar Rusiyanın “Mir” televiziya kanalı akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu “Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası” şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevdən müsahibə götürüb.
Xəzərin problemlərindən danışan Xəzər dənizi üzrə mütəxəssis suyun azalması nəticəsində gəmi ilə daşınmalara dəyən ziyanları diqqətə çatdırıb. O qeyd edib ki, Xəzərin suyu il ərzində 70 cm. aşağı enir. “Əsrin əvvəlindən ölkədə sənaye gəlirlərinin azalması 15%-dən çox olmuşdur. Su limanlara xüsusi kanallar vasitəsilə daxil olur, suyun səviyyəsinin aşağı düşməsi zamanı bu kanallar dərinləşdirilməlidir. Bu edilməsə, gəmilər limana daxil olmayacaq”, - deyə Əmir Əliyev bildirib.