Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Dissertasiya şurasının Elmi seminarında Elvira Həsən qızı Hüseynovanın 5401.01 –İqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında təsərrüfatın ərazi təşkilində "Regionların Sosial-İqtisadi İnkişafı dövlət proqramları”nın rolu (Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun timsalında)” mövzusunda yazdığı dissertasiya işinin müzakirəsi keçirilib.
DŞ ES-in qərarı ilə E.Hüseynovanın elmi işi müdafiə üçün növbəti mərhələyə keçid alıb.