Coğrafiyaçı alimlər Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər 2022-06-24 15:16:00 / MÜHÜM HADİSƏLƏR

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov və  İnstitutun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistanın  Heydər Əliyev  adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Mərkəzin direktoru Samir Abbasov alimləri Mərkəzin fəaliyyəti ilə tanış edib, Azərbaycan-Özbəkistan dostluğu, mədəniyyət, humanitar sahədə əməkdaşlığın inkişafında Mərkəzin rolu və görülən işlər haqqında geniş məlumat verib. Coğrafiyaçi alimlər Mərkəzin fəaliyyətinə həsr olunmuş stend və guşələr, eləcə də Mərkəzin muzeyində sərgilənən eksponatlarla tanış olublar. Görüşdə elm və təhsillə bağlı əməkdaşlıq sahəsində görülə biləcək işlər və digər sahələr  haqqında fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.