AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Rauf Qardaşovun qələmə aldığı “Solar Radiation and Solar Panels” başlıqlı fəsil “Springer” nəşriyyatında 3-cü dəfə nəşr olunan “Handbook of Climate Change Mitigation and Adaptation“ adlı dörd cildlik kitabda dərc edilib (https://www.springerprofessional.de/en/solar-radiation-and-solar-panels/23122300).
Rauf Qardaşov bu fəsli kitabın redaktorları tərəfindən göndərilən dəvətə görə yazmışdır.
Kitab Amazon.com üzərindən satışa çıxarılıb
(https://www.amazon.com/Handbook-Climate-Change-Mitigation-Adaptation/dp/3030725804).
Qeyd edək ki, “Springer” nəşriyyatı üçün orta yükləmə-satış (download) sayı 8000 olduğu halda, bu kitabın 2-ci nəşri 410 000 dəfə yüklənib.