Cİ-nin yeni nəşri Şirvan düzü aqrolandşaftlarına həsr edilib 2022-04-14 16:19:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "Şirvan düzü aqrolandşaftlarının geokimyəvi xüsusiyyətləri və landşaft-ekoloji qiymətləndirilməsi”  adlı yeni nəşri çapdan çıxıb.

Coğrafiya üzrə fəlsəfə doktoru Aqil İsayevin müəllifi olduğu monoqrafiya Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminovun baş redaktorluğu ilə nəşr edilib. Əsərdə Şirvan düzündəki təbii landşaftların antropogen transformasiyası, ərazinin mövcud geokimyəvi şəraitinin canlı orqanizmlərə, o cümlədən, insanların sağlamlığına təsiri araşdırılıb, tədqiq olunan ərazilərin ekoloji-geokimyəvi və tibbi-geokimyəvi xüsusiyyətləri geniş şəkildə şərh edilib.

Kitab coğrafiya, ekologiya, geokimya, tibbi coğrafiya, landşaftşünaslıq və landşaft planlaşdırılması ilə məşğul olan mütəxəssislər, ali məktəb müəllimləri və coğrafiya ixtisası üzrə təhsil alan tələbələr üçün gərəklidir.