Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclasi keçirilib 2022-03-17 17:18:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda  Elmi Şuranın növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru  Zakir Eminov Şura üzvlərini və İnstitut kollektivini xalqımızın sevimli milli bayramı olan, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizə, xalqımıza əmin-amanlıq, firavan həyat, Qarabağın dirçəlişi uğrunda böyük uğurlar arzulayıb.

Gündəlikdə duran məsələləri iclas iştirakçılarının diqqətinə çatdıran  Z.Eminov  dünyanın bir sıra ölkələrində 10 noyabr, Azərbaycanda isə 27 mart tarixinin  Elm Günü kimi qeyd edildiyini vurğulayıb. Müəssisə rəhbəri  bu münasibətlə AMEA Rəyasət Heyətinin  tədbirlər planına uyğun olaraq Coğrafiya İnstitutunda nəzərdə tutulan tədbirlərdən danışıb.

Sonra baş direktor  2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar İnstitutun alim və mütəxəssisləri tərəfindən bu ilin sonunadək Şuşanın albom-xəritəsinin və eləcə də “Şuşa rayonunun ensiklopediyası”nın  Şuşanın coğrafiyasına aid  hissəsinin hazırlanmasını öhdəsinə götürdüyünü qeyd edib.  O həmçinin bu il keçiriləcək elmi konfranslara hazırlıq  haqqında da məlumat verib.

 Gündəlikdəki  məsələlər müzakirə edildikdən sonra uyğun qərarlar qəbul edilib.