Coğrafiyaçı alimin biblioqrafiyası nəşr edilib 2022-03-10 15:27:00 / YENİ NƏŞRLƏR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun nəşri olan Hüseyn Ağamalı oğlu Xəlilovun biblioqrafiyası çapdan çıxıb.

Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin sabiq şöbə müdiri, coğrafiya elmləri doktoru, mərhum professor Hüseyn Xəlilovun biblioqrafiyasına həsr olunmuş kitabça İnstitutun Elmi şurasının 26.01.2022-ci il tarixli, 2 saylı qərarı və həmin şöbənin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Tofiq Qurbanovun şəxsi təşəbbüsü ilə nəşr olunub.

Biblioqrafiyada görkəmli coğrafiyaçı alimin həyatının, elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələləri əks olunub.

Kitabça elmi işçilər, coğrafiya və geologiya sahəsində çalışan mütəxəssislər və elmin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.