AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Şahnaz Amanova 11 yanvar – Dünya Qoruqlar və Milli Parklar günü münasibətilə Lənkəran şəhərində keçirilən tədbirdə iştirak edib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə bildirilib ki, 2004-cü ildə Milli Park statusu alan Hirkan MP-nın YUNESKO-nun Ümumdünya mədəni irs siyahisina daxil ediləcək və artıq sənədlər hazırlanaraq YUNESKO-nun baş qərargahına təqdim olunub. Hirkan Milli Parkının bu il Kazanda keçiriləcək zirvə toplantısında Ümumdünya irs siyahısına salınacağı gözlənilir.
Tədbirdən sonra iştirakçılar Hirkan Milli Parkı, Xanbulan su anbarı və Lənkəran tarixi-diyarşünaslıq muzeyini ziyarət ediblər.