11 yanvar - Dünya Qoruqlar və Milli Parklar günü münasibətilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d Abuşova Samirə İctimai radioya dəvət olunub.
Respublikamızın qoruq və yasaqlıqlarına həsr olunmuş verilişdə elmi işçi bu tarixi abidələrin yaranma tarixi haqqında məlumat verib, qoruq və yasaqlıqların mövcud vəziyyəti qiymətləndirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və yasaqlıqlarının ilkin qiymətləndirilməsindən və bu istiqamətdə ərazidə aparılacaq tədqiqat işlərindən bəhs edilib.
Musahibədə son illərdə daha aktual olan biosfer qoruqlarının Azərbaycanda yaradılması (2023-cü ildə hazır olunması nəzərdə tutulmuş Zaqatala-Balakən Biosfer Qoruğunun timsalında) halları müzakirə olunub. Milli parkların müasir vəziyyətindən danışılıb. Azərbaycanın "ornitoloji oazis"i hesab olunan Ağgöl Milli Parkının hazırkı vəziyyəti və orda qorunan nəsli kəsilməkdə olan fauna növləri haqqında məlumat verilib.