23-24 dekabrda AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib. ”İnsan coğrafiyası” ixtisası üzrə 4, “İqtisadi coğrafiya” ixtisası üzrə isə 3, "Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası" ixtisasından 1 və okeanologiya ixtisası üzrə 1 nəfər imtahanda iştirak edərək müvəffəq qiymətlər alıb.
İmtahan komissiyaları Bakı Dövlət Universitetinin və Coğrafiya İnstitutunun təcrübəli elmlər doktoru və fəlsəfə üzrə elmlər doktorlarından təşkil olunub.