AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun "Landşaftşünaslıq və landşaft planlaşdırılması" şöbəsinin əməkdaşları – müdir, c.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov “Qafqaz” Regional Ekoloji Mərkəz tərəfindən Qəbələ şəhərində “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” çərçivəsində keçirilən tədbirə qoşulublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də AMEA-nın aidiyyatı üzrə elmi institutlarının iştirakçıları olduqları görüşdə Azərbaycanın su, dağ və meşə ekosistemlərinin qiymətləndirilməsi hesabatları dinlənilib, boşluqların aradan qaldırılması üzrə təkliflər müzakirə edilib.
Mövzu ətrafında fikir bildirən M.İsmayılov bildirib ki, su ekosistemlərin hesabatında dağ buzlaqları da qiymətləndirilməli, çayların ekoloji koridor kimi rolu və əhəmiyyəti əsaslandırılmalı, dağ ekosistemlərində yay otlaqlarinin yüklənmə dərəcəsi və həssaslıq göstəriciləri təbii vilayətlər üzrə qiymətləndirilməlidir.