AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun əməkdaşları - “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri, c.ü.f.d. Rəfail Abdullayev, “Paleocoğrafiya” şöbəsinin müdiri, c.e.d. Yelena Tağıyeva və həmin şöbənin elmi işçisi Əliyar Əliyev Azərbaycan Dövlət Mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış ediblər.
Akademikin doğma İlisu kəndinin Nizami adına tam orta məktəbində keçirilən görüşdə alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş “Akademik Ələşrəf Veysəl oğlu Məmmədov 90” xatirə kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən R.Abdullayev 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 6 atlasın və 10 qiymətli xəritənin müəllifi olan akademikin elm sahəsində qazandığı yüksək nəticələrdən və nailiyyətlərindən, çap etdirdiyi monoqrafiya və xəritələrdən, 1971-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunda müdir kimi çalışdığı Paleocoğrafiya” şöbəsindəki fəaliyyətindən, qazandığı uğurlardan danışıb.