AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminovun sədrliyi ilə İnstitutun Elmi Şurasının iclası keçirilib.
Gündəlikdə duran “Xəzər dənizinin hidrometeorologiyası” şöbəsinin aparıcı elmi işçisi, c.e.d. Rza Mahmudovun “Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr” və Məzahir Təhməzovun “Azərbaycanın Qarabağ bölgəsinin təbii-coğrafi obyekt adları” adlı monoqrafiyalarının çapa təqdim olunması haqqında məsələlər müzakirə edilib. Hər iki əsərin çapı haqqında qərar qəbul edilib.
Sonra kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov AMEA Rəyasət Heyətinin qərarına əsasən İnstitutun strukturunda baş verən bəzi dəyişikliklərlə Şura üzvlərini tanış edib.