“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş"Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması" bakalavr və magistrantların Respublika Elmi Konfransı

2025

Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbiicoğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi məqsədilə Azərbaycan Coğrafiya Cəmiyyəti, Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə 30-31 may 2025-ci il tarixlərində hibrid formada “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş "Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması" adlı bakalavr və magistrantların Respublika Elmi Konfransı təşkil olunmuşdur."Konstitusiya və Suverenlik ili" çərçivəsində təşkil olunmuş bu konfransın əsas məqsədi regionlarda elmin və təhsilin inkişafına töhfə vermək, bakalavr və magistrant tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmi axtarışlarını dəstəkləmək və elmi biliklərin mübadiləsinə şərait yaratmaqdır. Konfrans, gənc tədqiqatçıların aktual problemlər üzrə apardıqları elmi işlərin təqdimatı və müzakirəsi üçün platforma rolunu oynayır.