2024
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ev sahibliyi etməsini nəzərə alaraq Coğrafiya İnstitutu 29-30 oktyabr 2024-cü ildə “Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası” adlı III Beynəlxalq elmi-praktiki konfrans keçirmişdir.
Konfransda iqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifa-dəsi və qorunması problemləri; landşaftlardan istifadənin müasir vəziyyəti; torpaqlardan səmərəli istifadə edilməsi və onların eko-loji problemləri; Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi; işğaldan azad olun-muş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı; regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri; demoqrafik inkişafın regional xüsusiy-yətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri; davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi; regionların təbii ehtiyat potensialından istifa-də problemləri və onların həlli yolları; regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri və d. istiqamət-lər müzakirə olunmuş, problemlərin həlli istiqamətində müəyyən addımların atılması ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycan Coğrafiya Cəmiyyəti
AR Elm və Təhsil Nazirliyi





















