Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanin müasir problemləri: Elm Və Təhsilin Inteqrasiyasi” II Beynəlxalq Elmi-Praktiki Konfrans I Cild

2023

Siyasi, iqtisadi, sosial və mədəni irs dünya xalqlarının birliyini şərtləndirən amillər sırasına daxildir. Bu zaman sənaye, kənd təsərrüfatı, sosial infrastruktur, turizm-rekreasiya, nəqliyyat və kommunikasiya sistemlərinin müasir səviyyədə yenidən qurulması, əhali məskunlaşması ilə yaranan problemlərin həlli yollarının araşdırılması, həmçinin təbii ehtiyat potensialının qiymətləndirilməsi, ekoloji tarazlığın bərpası, şirin su ehtiyatlarının təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Bu zaman, elm və təhsilin inteqrasiyası bütün sahələrin potensialından səmərəli istifadə etməyə köməklik göstərir. Məhz bu baxımdan, həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə 22-23 noyabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.