“Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı respublika elmi-praktiki konfrans

2023

Müasir dövrdə elm və təhsilin inkişafı zamanın tələbinə uyğun olaraq davamlı tendensiyaları sistematik şəkildə transformasiya edir, iqtisadi və sosial standartların formalaşmasında özünü göstərir. Elm və təhsilin inteqrasiyası tələbələrdə, doktorant və dissertantlarda müəyyən sahələr üzrə bilik və bacarıqlar formalaşmasına köməklik göstərir, onlara yaradıcılıq üçün zəruri olan fərdi keyfiyyətləri aşılayır. Elm və təhsildə olan yeniliklərin fundamental tədqiqatların aparılmasına və elmi nəticələrin əldə edilməsinə imkan verir. 

Ümummilli Lider Heydər Əliyev elm və təhsilin müasir dünya standartları ilə təşkili və bu sahədə inkişafın təminatına daim dəstək olmuş, elm və təhsil siyasətini əsas prioritet istiqamət kimi qəbul etmiş, regionlarda elmi tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin yaradılmasına dəstək göstərmişdir. 2023-ci ilin “Heydər Əliyev İli” elan edilməsi, eləcə də elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə 10 may 2023-cü il tarixində “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu” adlı respublika elmi-praktiki konfransı keçirilmişdir.