2022
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin elmi əsaslarının hazırlanması, innovasiyasının gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının təsərrüfata cəlb edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 29-30 noyabr 2022-ci il tarixində "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" adlı beynəlxalq elmi-praktiki konfrans təşkil olunmuşdur.
Konfransın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin təkmilləşmə və inkişaf amillərini təhlil etmək üçün alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını tapmaqdan ibarətdir.
Bu konfransa ümumilikdə 14 ölkədən (Azərbaycan; Türkiyə, İran, Pakistan, Gürcüstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Banqladeş, Avstraliya, Moldova və Yəmən) olmaqla 150-yə yaxın iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 102-si elmi heyət tərəfindən konfransda məruzə edilmək üçün qəbul edilmişdir.