AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dosent Zaur İmrani Serbiyanın Belqrad şəhərində onlayn formatda keçirilən VII Avropa Coğrafiya Olimpiadasının sertifikatına layıq görülüb.
Sertifikat gənc alimə Belqradın İstedadlı Gənclər Üçün Regional Mərkəzi və Belqrad Universitetinin “Coğrafiya” fakültəsinin prezidenti Nikola Srzentic tərəfindən Azərbaycanın müəllim komanda heyətində iştirakına görə təqdim edilib.
Qeyd etmək lazımdır ki, Coğrafiya İnstitutu ölkəmizin hər il Beynəlxalq Coğrafiya Olimpiadasinda iştirakı ucun dəstək göstərir.